Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

31.10.2024 14:40
  • A-
  • A
  • A+

AMEA əməkdaşına elmi məruzəsinə görə sertifikat verilib

AMEA əməkdaşına elmi məruzəsinə görə sertifikat verilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikliyə görkəmli alim Aida xanım İmanquliyevanın həyat və yaradıcılığına dair “Профессор Аида Имангулиева - Известная Азербайджанская Женщина – Востоковед” adlı məruzəsinə görə Rusiyanın Saratov şəhərində keçirilən Müasir elmdə fənlərarası yanaşmalar: çağırışlar, nailiyyətlər və perspektivlərbeynəlxalq konfransının sertifikatı verilib.

Günel Məlikli Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda direktor olmuş, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor qadın olan görkəmli şərqşünas alim, professor Aida xanım İmanquliyevanın həyat və yaradıcılığına dair çıxış edib. Professor Aida xanım İmanquliyevanın sözün əsl mənasında, nadir və parlaq insan, zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi olduğunu qeyd edib. G.Məlikli bildirib ki, Aida xanım doğrudan da, mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. Aida xanım yenilik duyğusuyla hər gələn sabahı gözləyən və tələbələrində də bunu görmək arzusuyla yaşayan unikal bir insan, cəsarətli elm, təhsil fədaisi, Azərbaycan elminin, təhsilinin, maarif və mədəniyyətinin əsl cəfakeşi idi.

“Aida xanım özündən sonra çox gözəl, unudulmaz xatirələr qoymuşdur. Elə insanlar var ki, bu dünyada qazandıqları hər şeyi son damlasınadək vətənə, ana yurda, insanlara qaytarırlar. Görkəmli alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir”, - deyə G.Məlikli vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: