Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmraninin Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin tələbələri ilə görüşü keçirilib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) həsr olunmuş tədbirdə alim COP29-un ölkəmiz və dünya üçün əhəmiyyəti, iqlim dəyişikliyinin fəsadları, yaşıl enerjinin faydaları, iqlim dəyişmələri zamanı ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin ekoloji problemlərinin həll yolları və sairdən danışıb.
Sonda Zaur İmranı tələbələrin suallarını cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.