AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə şəhidlərimizin ruhuna ithaf olunmuş “2020-ci il Vətən müharibəsi şəhidləri (Maştağa-Nardaran)” kitabı işıq üzü görüb.
Kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri, institutun Biblioqrafiya şöbəsinin böyük elmi işçisi Sona Xəyaldır.
Kitabda Maştağada və Nardaranda yaşamış 2020-ci il Vətən müharibəsində şəhid olmuş igid oğullarımız haqqında müxtəlif mətbuat orqanlarında çap olunmuş məqalələr toplanmışdır.
Qeyd edək ki, yeni nəşrin redaktoru ilahiyyatçı, tədqiqatçı Hacı Həsən Hüseyni, rəyçiləri fəl.e.d. Zəkiyyə Babayeva, fil.ü.f.d. Samirə Əliyeva və Qutiyera Cəfərovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.