Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.11.2024 13:24
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub

AMEA-nın Gəncə Bölməsində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş dəyirmi masa təşkil olunub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən 8 Noyabr – Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Şanlı tariximiz” adlı dəyirmi masa təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsinin anılması ilə başlayıb.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev dəyirmi masanın iştirakçılarını salamlayaraq, bayram münasibətilə təbrik edib və bu tədbiri millətimiz üçün çox qürurlu və əziz tarixi anlar olan Zəfər Gününün və Dövlət Bayrağı Gününün  şərəfli mahiyyətinin daha dərindən anlanılması üçün vacib elmi toplantı kimi xarakterizə edib.

O,  Zəfər Gününü Azərbaycan Respublikasinin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli dövlət və ordu quruculuğu strategiyasının təntənəsi kimi dəyərləndirərək, vurğulayıb ki, onun rəhbərliyi altında, millətimizin həmrəyliyi və Azərbaycan Əsgərinin misilsiz igidliyi sayəsində Vətən torpaqlarımızın bütövlüyü tam bərqərar olub.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov bayram münasibətilə iştirakçıları təbrik edib, Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr edilən bu tədbirin də yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, akademik Fuad Əliyevin rəhbərliyilə AMEA-nın Gəncə Bölməsinin şəhərin ictimai həyatında da daim fəal mövqe tutuduğunu qeyd edib.

Dəyirmi masanda Bölmənin Diyarşünaslıq İnstitutunun Arxeologiya və Etnoqrafiya şöbəsinin müdiri, t.ü.f.d., dosent Samirə Qasımova “Üç rəngli, ay-ulduzlu bayrağımızın hamisi – Ali Baş Komandan İlham Əliyev”, Nizami Gəncəvi Mərkəzinin direktoru, f.ü.f.d. Əlimuxtar Muxtarov “Vətən naminə fədakarlıq, yaxud xalqımızın müqəddəs Zəfər Günü”, Bölmənin əməkdaşı Vətən Müharibəsi iştirakçısı Əhməd Aslanov “Vətən müharibəsi xatirələrimdə”, ETN Bioresurslar İnstitutunun direktoru, k.ü.f.d., dosent, İmran Qasımov “Zəfər Günü Azərbaycanın hərb tarixinin qızıl hərflərlə yazılan bir günüdür” və Nizami Gəncəvi Mərkəzinin şöbə müdiri Təranə Verdiyeva “Müasir Gəncə poeziyasında Azərbaycan zəfəri” mövzularında çıxış ediblər.

Çıxşlar ətrafında müzakirələr aparılıb.

Tədbirin yekununda AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev iştirakçılara məzmunlu çıxışlar üçün təşəkkür edib, ölkəmizin daha da çiçəklənməsinə alimlərimizin öz tədqiqatları və fəal vətəndaş mövqeləri ilə töhfələrinin artırmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: