15 İyun - Milli Qurtuluş Günü münasibətilə Hüseyn Cavidin Ev Muzeyində tədbir keçirilib.
Tədbirdə Hüseyn Cavidin sonuncu mogikanı Turan Cavidə böyük dayaq olan, dramaturqun bəraətdən sonrakı taleyində əvəzedilməz xidmətləri ilə “Cavid dünyası”na qızıl hərflərlə yazılan Ümummilli Lider Heydər Əliyevin xalqımıza, ölkəmizə olan xidmətlərindən bəhs edilib və muzeyin əməkdaşları Sevda Quliyeva “Fikirdə qurtuluş, əməldə azadlıq”, Aynur Yunusova “Dünəndən bu günə - Heydər Əliyev” mövzularında çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.