Chemical Problems (Kimya Problemləri) jurnalı 2003-cü ildən dərc olunur.
Jurnal bir çox nüfuzlu biblioqrafik, referativ bazalarda, repozitariyalarda və axtarış sistemlərində yerləşdilib: Scopus (2021-ci ildən), CAS (2009-ci ildən), İndexCopernicus, e.Library.ru, CYBERLENİNKA, VİNİTİ, ULRICHSWEB, WCOSJ, EBSCO, RSCI-“РИНЦ”, CrossRef. Jurnalın www.chemprob.org saytı fəaliyyət göstərir.
Fəaliyyət dövrü ərzində jurnalda 2500-dən çox elmi məqalə dərc edilmişdir. Bu elmi məqalələrdən 201 -i Web of Science Core Collection bazasına daxil edilmiş (2016-2019-cu illər), 320-i Scopus və 592 məqalə RSCİ- “РИНЦ” bazasında indeksləşdirilmişdir. Web of Science bazasına jurnalımız “Chemical Ppoblems” adı ilə daxil olub (bu bazada jurnalların adı ingilis dilindədir).
Jurnalda Almaniya, Küveyt, Meksika, İraq, Bolqarıstan, İtaliya, Rumıniya, Rusiya, Türkiyə, İran, Tayvan, Cənubi Afrika, Qazaxstan, Gürcüstan, Özbəkistan və başqa ölkə alimlərinin məqalələri dərc olunmuşdur.
2017-ci ildən bütün dərc olunmuş məqalələr CrossRef-rəqəmsal elmi informasiya bazasından rəqəmsal identifikasiya kodu ( DOİ) almışdır.
2025-ci ildə 2024-cü il üçün Scopus bazasının nəticələrinə əsasən jurnalın CiteScore-u 1.1 olmuşdur (https://www.scopus.com/sourceid/21101065070). Həmçinin jurnal, “Ümumi kimya” jurnalları arasında irəliləyərək, 404 jurnal arasında 368-ci yerdən 319-cu pilləyə qalxmışdır.
Bu münasibətlə, jurnalın həmtəsisçisi Akif Əliyev jurnalın baş redaktorunu, redaksiya şurasının üzvlərini, redaksiya heyətini və bütün müəllifləri təbrik edir.
Qeyd etmək lazımdır ki, “Chemical Problems” jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi tövsiyyə olunan Beynəlxalq nüfuzlu elmi bazalardan Scopus, Chemical Abstract Service (CAS) və RSCI (Web of Science) daxildir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.