ETN Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri b.ü.f.d., dosent S.Süleymanov və kiçik elmi işçisi İ.Səmədli Xəzərin Kürağzı və Qızılağac ərazilərinin sahilboyu sularında monitorinq keçiriblər.
Monitorinq zamanı digər balıqlarla birlikdə, az sayda da olsa Xəzər qızılbalığı körpələrinə rast gəlinib. Sürütmə tora körpə balıqlarla yanaşı, yuxarı yaş qrupuna aid edilən balıqlar da düşüb.
Qeyd etmək lazımdır ki, həvəskar balıqçıların məlumatlarına görə onların toruna da tək-tək hallarda Xəzər qızılbalığı da düşür. Monitorinq zamanı müəyyən edilib ki, Qlobal İqlim Dəyişmələri nəticəsində Xəzər dənizi səviyyəsi aşağı düşmüş, bu səbəbdən Xəzərin sahilboyu zonalarında körpə balıqlara az sayda rast gəlinmişdir. Onlar daha çox dənizin dərin qatlarına üstünlük vermişlər.
Tədqiqat zamanı əldə olunan materiallar hazırda laboratoriyada əsaslı işlənməkdədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.