Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qazaxıstanın Manqistau şəhərinin kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb
21.11.2024 11:22
  • A-
  • A
  • A+

Qazaxıstanın Manqistau şəhərinin kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb

Qazaxıstanın Manqistau vilayət Kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi” yaradılıb.

Guşədə Azərbaycanın tarixi şəxsiyyətlərinin həyat və yaradıcılığını, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, ədəbiyyatını, bölgələrini, turizm potensialını əks etdirən 350 ədəd kitab sərgilənir və yaxın günlərdə tətənəli açılış mərasiminin keçirilməsi planlaşdırılır.

Azərbaycan Respublikasının Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğu guşənin yaradılmasında verilən dəstəyə görə Manqistau vilayətinin qubernatoru-akimi Nurdaulet Kilıbaya, şəhər akimi Abilkair Baypakova, Azərbaycan Milli Elmlər Akademiyasına, AMEA Mərkəzi Elmi Kitabxanasına və vilayət kitabxanasının rəhbərliyinə, tələbələrimizə, azərbaycanlı iş adamlarına, icma fəallarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: