Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.11.2024 13:45
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Rusiyanın Ufa Elm və Texnologiya Universitetində “X Международная научная конференция Информационные технологии интеллектуальной поддержки принятия решений” adlı konfrans  keçirilib.

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları Kimyəvi Texnoloji proseslərin modelləşdirilməsi laboratoriyasının kiçik elmi işçi Şıxıyeva Fatma “Study of modern methods of removing deposits formed in oil equipment and pipes”(Neft avadanlıqları və borularda əmələ gəlmiş çöküntülərin aradan qaldırılmasının müasir metodlarının tədqiqi) və t.ü.f.d. elmi işçi Kərimli Vəfa “A model of the dependence of the settling velocity of water droplets on the turbulent diffusion coefficient in oil”(Neftdə su damlalarının çökmə surətinin turbulent dfiffuziya əmsalından asılılığının modelləşdirilməsi) və “Formation of structures in media containing oil”(Neftli mühitlərdə struktur əmələgəlməsi) adlı məruzələrlə ingilis dilində çıxış ediblər.

Fatma Şıxıyeva, eyni zamanda konfransın  Azərbaycan bölməsinin elmi katibi vəzifəsini icra edirdi.

Sonda məruzəçilər konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırdılar. K.e.i. Fatma Şıxıyeva Rusiyanın Ufa Elm və Texnologiya Universiteti tərəfindən Fərqlənmə diplomuna, t.ü.f.d. elmi işçi Vəfa Kərimli isə sertifikata layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: