Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.11.2024 16:37
  • A-
  • A
  • A+

Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin işçi qrupunun iclası keçirilib

Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin işçi qrupunun iclası keçirilib

AMEA-nın Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində işçi qrupunun iclası keçirilib.

İclasda Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin müdiri Nizami Vəliyev, şöbənin müdir müavini Hikmət Babayev, baş mütəxəssis Natiq Mehdiyev, Nəsimi adına Dilçilik İnstitutunun Mülki müdafiə qərargahı rəisi Mehman Həsənov, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mülki müdafiə qərargahı rəisi Namiq Abdullayev və Mərkəzi Elmi Kitabxananın Mülki müdafiə qərargahı rəisi Gülağa Cahangirov iştirak ediblər.

İclası giriş sözü ilə açan  Nizami Vəliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA Rəyasət Heyətinin “AMEA-nın 2025-2030-cu illər üzrə İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin hazırlanması haqqında Qərarı və bundan irəli gələn işlər AMEA üçün yeni imkanlar yaratmaqla bərabər, hər bir əməkdaş qarşısında ciddi vəzifələr müəyyənləşdirir. RH aparatının Mülki müdafiə şöbəsi bu Qərarda göstərilən tələb və təklifləri nəzərə almaqla, İnkişaf Konsepsiyanın hazırlanmasına mütləq öz töhfəsini verməlidir. İşçi qrupunda təmsil olunan əməkdaşların peşəkarlığı, nəzəri və praktik biliklərə sahib olması Mülki müdafiə şöbəsində hazırlanacaq təkliflərin effektivliyini daha da gücləndirməyə xidmət edəcəkdir.

Sonra çıxış edən işçi qrupunun üzvləri məsələ ilə bağlı öz fikirlərini bildiriblər. Qeyd olunub ki, bu Qərar AMEA-nın yeni inkişaf mərhələsinə uğurla daxil olmasına xidmət edəcəkdir. İşçi qrupunun üzvləri AMEA-nın elmi müəssisə və təşkilatlarında mülki müdafiə işinin İnkişaf Konsepsiyasının çağırışlarına uyğun şəkildə daha da təkmilləşdirilməsi üçün fikir və təkliflərini bildiriblər. İşgüzar şəraitdə keçən iclasın sonunda səsləndirilən fikir və təkliflər ətrafında geniş müzakirələr aparılıb. Bu təkliflərin hazırlanacaq Konsepsiya üçün Mülki müdafiə şöbəsi tərəfindən təqdim ediləcək təkliflər siyahısına daxil edilməsi tövsiyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: