Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

27.11.2024 17:58
  • A-
  • A
  • A+

“Nizamişünaslıq” elmi əsərlər jurnalının yeni nömrəsi nəşr edilib

“Nizamişünaslıq” elmi əsərlər jurnalının yeni nömrəsi nəşr edilib

AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin “Nizamişünaslıq” elmi əsərlər jurnalının 10-cu nömrəsi çapdan çıxıb.

Jurnalın bu nömrəsində Azərbaycan, Türkiyə və İrandan 20 müəllifin məqaləsi dərc edilib. Məqalələr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edir.

Jurnalda ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynovanın, BDU-nun dosenti Əsmətxanım Məmmədovanın, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Abbasqulu Nəcəfzadənin, Türkiyə Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırımın, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Vüqar Əhmədin, AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun və digər müəlliflərin məqalələri dərc edilib.

“Nizamişünaslıq” jurnalına Azərbaycan dili ilə yanaşı ingilis, rus, türk və başqa dillərdə də məqalələr qəbul edilir. Jurnalın redaksiya heyətində Azərbaycanın və dünyanın görkəmli nizamişünas alimləri yer alıblar.

Jurnal bu il Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN), Rəqəmsal Obyekt İdentifikatoru (DOI) standartlarını alıb və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya elmləri üzrə tövsiyə olunan dövri elmi nəşrlər siyahısına daxil edilib.

Jurnal ildə iki dəfə nəşr olunur. Sözügedən jurnalın redaktoru AMEA Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: