Dekabrın 6-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elmi Texniki Şurasının iclası keçirilib. İclasda 2024-cü ildə aparılmış elmi, elmi-istehsalat işlərin şöbələr üzrə hesabatları təqdim edilib.
İclasda RSXM-nin Elmi-Texniki Şurasının üzvləri, RSXM-nin müvafiq şöbələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
İclasda çıxış edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 2024-cü ildə mərkəzdə həm elmi, həm də elmi-istehsalat işləri sahəsində görülən işlər sahəsində əldə olunan göstəricilər haqqında danışıb. Daha sonra müvafiq şöbələrin rəhbərləri elmi və elmi-istehsalat işlərinin nəticəsinə dair hesabatları təqdim ediblər.
“Azərbaycan və ətraf bölgələrin seysmikliyinin xüsusiyyətləri” mövzusunda Zəlzələlərin tədqiqatı bürosunun rəisi, yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, “Zəlzələ ocaqlarının tədqiqi, palçıq vulkanlarının monitorinqi və Beynəlxalq Seysmotomoqrafiya laboratoriyasının fəaliyyəti haqqında” məruzəni Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, “Azərbaycan ərazisinin GPS məlumatları əsasında geodinamikası” mövzusunda Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov, “Makroseysmik tədqiqatlar” və “Mühəndisi-seysmoloji tədqiqatlar” mövzusunda Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırması şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Fəttahova, “Episentral tədqiqatlar” mövzusunda Episentral şöbənin müdiri vəzifəsini icra edən Zahid Qədirov, “Qravimetrik tədqiqatlar” haqqında Qravimetrik tədqiqatlar şöbəsinin müdiri Elçin Bağırov, “Maqnometrik tədqiqatlar” haqqında Maqnometrik tədqiqatlar şöbəsinin müdiri vəzifəsini icra edən Nadirşah Xanbabayev, “Kompleks geokimyəvi tədqiqatlar” haqqında Kompleks geokimyəvi tədqiqatlar şöbəsinin elmi işçisi Aybəniz Kərəmova, beynəlxalq əlaqələr sahəsində görülmüş işlər haqqında Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, Elektron xidmətlər və media ilə iş sahəsndə görülmüş işlər haqqında Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı hesabatları təqdim ediblər.
Bundan başqa, mərkəzdə sənədlərlə iş sahəsində görülən işlərə dair Sənədlərlə iş şöbəsinin mütəxəssisi Rasimə Hüseynova, Tədris şöbəsi tərəfindən keçirilən kurslar və kurslara cəlb olunmuş əməkdaşların hazırlığı ilə bağlı Qravimetrik tədqiqatlar şöbəsinin böyük elmi işçisi fizika üzrə fəlsəfə doktoru Mahirə Tağıyeva, Gənc Alim və Mütəxəssislər Şurasının gördüyü işlərlə bağlı isə mərkəzin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Afaq Səmədzadə çıxış ediblər.
Təqdim olunmuş məruzələr ətrafında müzakirələrdən sonra hesabatlar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.