Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Novruz bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə institutun baş direktoru akademik Vaqif Abbasov çıxış edərək müəssisənin kollektivini Novruz bayramı münasibətilə təbrik edib. O, Novruzun Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, onun birliyin, yenilənmənin və həmrəylik rəmzi kimi xüsusi önəm daşıdığını qeyd edib. Akademik Vaqif Abbasov institutun əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayaraq, elmi və tədris sahəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.
O, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı tarixi qələbədən də bəhs edib. O, Prezident İlham Əliyevin elmin və təhsilin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. Akademik Vaqif Abbasov dövlət başçısının göstərdiyi dəstəyin elmi nailiyyətlərin artırılmasına töhfə verdiyini qeyd edib.
Tədbir səmimi və bayram əhval-ruhiyyəsi ilə davam edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.