Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.12.2024 16:30
  • A-
  • A
  • A+

Qazaxıstanlı yazıçı-publisist araşdırma aparmaq məqsədilə Mərkəzi Elmi Kitabxanada olub

Qazaxıstanlı yazıçı-publisist araşdırma aparmaq məqsədilə Mərkəzi Elmi Kitabxanada olub

Qazaxıstanlı yazıçı-publisist Nasixa Kenjina yeni nəşri üçün araşdırma aparmaq məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

N.Kenjina qardaş ölkələr olan Azərbaycan və Qazaxıstan Respublikalarının dövlət başçılarının dostluq, tərəfdaşlıq əlaqələrinə dair kitab-albom ərsəyə gətirməyə hazırlaşdığını qeyd edib. Bunun üçün kitabxananın zəngin məlumat bazasından, xüsusilə Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, həmçinin Xarici dillərdə ədəbiyyat fondundakı sənədlərlə yaxından tanış olub, lazımi məlumatları əldə edib.

İstifadəçi MEK-in elektron bazasında olan informasiya resurslarından da yararlanıb.

Qeyd edək ki, Nasixa Kenjina I Qarabağ müharibəsində Azərbaycana gələrək işğalçı Ermənistana qarşı savaşa qatılıb şəhid olmuş Yerbol Barımbetov haqqında yazılmış “Yerbol - Qarabağ şəhidi” («Ербол - шехид Карабаха») adlı kitabın da müəllifidir. Yazıçı Azərbaycan haqqında silsilə kitabları ilə Qazaxıstan xalqının Azərbaycana məhəbbətini nümayiş etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: