Naxçıvan Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri prof. Rza Mahmudovun iştirakı ilə vebinar keçirilib.
Tədbiri keçirməkdə məqsəd COP-29-un nəticələri, habelə Azərbaycanda regional iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri məsələləri ilə bağlı R.Mahmudovla fikir mübadiləsi aparmaq olub.
Coğrafiyaçı alim universitetinin professor-müəllim və tələbə heyəti ilə təşkil edilən görüşdə Bakıda keçirilən COP-29-da qəbul edilən su, Xəzər dənizi ilə bağlı bəyannamələr barədə məlumat verərək “Azərbaycanda regional iqlim dəyişmələrinin su ehtiyatlarına təsiri” mövzusunda geniş məruzə ilə çixiş edib. İştirakçılar COP-29, eləcə də məruzə ilə bağlı verdikləri çoxsaylı suallarına R.Mahmudov tərəfindən ətraflı və dolğun cavablar alıblar.
Universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov məlumatlandırıcı görüşə görə professora minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.