Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.12.2024 14:18
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun alimi beynəlxalq konqresdə iştirak edib

Polimer Materialları İnstitutunun alimi beynəlxalq konqresdə iştirak edib

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov 11-13 dekabr 2024-cü il tarixlərində “Polimerlər Azərbaycan və MDB: zavodların tikintisi və modernləşdirilməsi” 5-ci beynəlxalq konqres və sərgisində (5-й международный конгресс и выставка «Полимеры Азербайджана и СНГ: строительство и модернизация заводов») iştirak edib.

Tədbir istehsal müəssisələrinin tikintisi və modernləşdirilməsi üçün polimer sənayesində ən iri investisiya layihələrinin, eləcə də mövcud müəssisələrin səmərəliliyinin artırılması imkanlarının müzakirəsinə həsr olunub.

Polimerlər və sintetik kauçuklar istehsalçılarını, polimer sənayesində investisiya layihələrinin təşəbbüskarlarını, sənayenin tənzimləyici və nəzarət orqanlarını, istehsal texnologiyaları üzrə lisenziya verənləri, tərtibatçıları, avadanlıq istehsalçılarını və təchizatçılarını bir araya gətirən konqresdə professor Nəcəf Qəhrəmanov «Устойчивое развитие и экологичность полимерной промышленности: управление отходами, переработка и законодательства» adlı 7-ci sessiyaya moderatorluq edib. Həmçinin 12 dekabr 2024-cü il tarixində «Синтез, модификация структуры и свойств, переработка полимерных композитов и нанокомпозитов» adlı məruzə ilə çıxış edib.

Təklif olunub ki, polimerlərin sintezi ilə əlaqədar olan müəssisələr emal müəssisələri ilə birgə işləməlidirlər. Eyni zamanda qeyd olunub ki, emal zavodlarında istifadə olunan polimerlərin keyfiyyəti haqqında məlumatlar “SOCAR Polymer”in və Polimer Materialları İnstitutunun mütəxəssislərinin iştirakı ilə birgə müzakirə olunmalıdır.

Konqresdə Nəcəf Qəhrəmanov bir neçə iştirakçılarla görüşüb və birgə əməkdaşlıq haqqında razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: