Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.12.2024 15:37
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib

Polimer Materialları İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan növbəti tədbir keçirib.

Tədbiri giriş sözü ilə Poliefir- və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Ülviyyə İsmayılova açaraq 2024-cü il ərzində GAMŞ-ın keçirdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan silsilə tədbirlərdən bəhs edib.

Tədbirdə institutun gənc əməkdaşları tərəfindən “Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı sərəncamı ilə əlaqədar ölkəmizdə il ərzində keçirilən “yaşıl artım” forumlarının yekun nəticələrinin müzakirəsi” həyata keçirilib.

Sonra Nanopolimer kompozitlər laboratoriyasın elmi işçisi Nurlanə Mirzəyeva və Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının elmi işçisi Sevda Abdalovanın mövzu ilə bağlı çıxışları dinlənilib.

Çıxışlardan sonra müzakirələr aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: