Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Naxçıvan – qədim diyar”
20.12.2024 10:38
  • A-
  • A
  • A+

“Naxçıvan – qədim diyar”

Naxçıvan  Muxtar  Respublikasının  100  illiyi ilə bağlı Bakıdakı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Naxçıvan – qədim diyar” adlı mərasim keçirilib.

Mərkəzin direktor müavini Kəmalə Əncümənur iştirakçıları salamlayıb.  Mərkəzin dərnək rəhbəri Aişə Abdullayeva qədim diyarla bağlı “Naxçıvan – dünyanın möcüzə və sirlərlə zəngin qədim naxışı” adlı təqdimat edib.

Mərasimdə AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, fəlsəfə doktoru Cəbi Bəhramov, AMEA Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə, “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin rəhbəri, fəlsəfə doktoru Jalə Cəfərova, AMEA-nın Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq ­plyus” Yaradıcılıq Birliyinin əməkdaşı, şair-pedaqoq İbrahim Yusifoğlu və başqaları çıxış ediblər.

Naxçıvan Muxtar Respublikasının yaradılması, qədim irsi və tarixi abidələri haqqında dəyərli fikirlər səsləndirilib. Uşaq və gənclərin ifasında Naxçıvana həsr olunmuş şeir və mahnılar səsləndirilib.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncama uyğun olaraq, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən elan olunmuş “Məktəblərdə Naxçıvan ayı” layihəsi çərçivəsində həyata keçirilib.

“Xalq qəzeti”

  • Paylaş: