Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

14.01.2025 12:17
  • A-
  • A
  • A+

“Fəlsəfə və Hüquq” (Məqalələr toplusu) kitabı nəşr olunub

“Fəlsəfə və Hüquq” (Məqalələr toplusu) kitabı nəşr olunub

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əntiqə Paşayevanın “Fəlsəfə və Hüquq” (Məqalələr toplusu) adlı kitabı nəşr olunub.

Məqalələr toplusu AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının 3 oktyabr 2024-cü il tarixli (Protokol № 4) iclasının qərarı ilə çapa tövsiyə edilib.

Kitabın elmi redaktoru f.ü.f.d., dosent Həbib Hüseynov, rəyçiləri h.e.d., professor Xəyyam İsmayılov, t.e.d., dosent Eynulla Mədətli və f.e.d., dosent Füzuli Qurbanovdur.

Ge­­niş oxu­­cu audi­­to­­ri­­ya­­sı­­na təq­­dim edi­­lən nəşr fəl­sə­fə və hü­quq sa­hə­si ilə bağ­lı olan el­mi mə­qa­lə­lə­rin top­lu­su­dur ki, 2014-2024-cü il­lər­də öl­kə­miz­də nəşr olun­muş­dur. Ha­zır­kı mə­qa­lə­lər top­lu­su iki cild­dən iba­rət­dir; bi­rin­ci cild Azər­bay­can­da, ikin­ci cild isə öl­kə­dən kə­nar­da nəşr olu­nan mə­qa­lə­lə­ri əha­tə edir. Hal-ha­zır­da top­lu­nun bi­rin­ci cil­di oxu­cu­la­rın ix­ti­ya­rı­na ve­ri­lir, ikin­ci cil­di isə növ­bə­ti il­lər­də təq­dim olu­na­caq­.

Top­lu­da qə­dim yu­nan döv­rün­dən baş­la­ya­raq or­ta əsr və müa­sir dövr də da­xil ol­maq­la fəl­sə­fə və hü­quq, eti­ka və hü­quq, hü­quq və epis­te­mo­lo­gi­ya, hü­quq və əx­laq, əx­laq və qa­nun, hü­quq və əda­lət, in­saf, vic­dan, adət-ənə­nə, hü­quq və mən­tiq, hü­quq və döv­lət, hü­quq və si­ya­sət; tə­bii və po­zi­tiv hü­quq, ta­ri­xi, ana­li­tik və fəl­sə­fi mək­təb­lə­rin ic­ti­mai-si­ya­si, etik və psi­xo­lo­ji prin­sip­lə­ri, ox­şar və fərq­li cə­hət­lə­ri, həm­çi­nin məh­kə­mə sis­te­min­də han­sı tə­sir­lə­rə ma­lik ol­ma­sı ət­raf­lı şərh olu­na­raq mü­qa­yi­sə­li as­pekt­də təd­qiq və təh­lil olunub.

Mə­qa­lə­lər top­lu­su fəl­sə­fə və hü­quq sa­hə­sin­də təd­qi­qat­lar apa­ran təd­qi­qat­çı­la­rın, ali təh­­sil mü­­əs­­si­­sə­­lə­­ri­­nin mü­­əl­­lim­lə­ri­nin, tə­­lə­­bə­lə­rin, dok­­to­­rant­­la­rın, həm­çi­nin qa­­nun­­ve­­ri­­ci­­lik və in­­zi­­ba­­ti sa­­hə­­də ça­­lı­­şan əmək­­daş­­la­rın nə­zə­ri və prak­ti­ki fəa­liy­yət­lə­ri üçün nə­zər­də tu­tul­ub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: