Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Hekayəti-Kərəm” yazılı dastan abidəsi” kitabı işıq üzü görüb
14.01.2025 14:39
  • A-
  • A
  • A+

“Hekayəti-Kərəm” yazılı dastan abidəsi” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Hekayəti-Kərəm” yazılı dastan abidəsi” kitabı işıq üzü görüb. Əlyazmanın mətnini yenidən tərtib edib nəşrə hazırlayan, tədqiqat (elmi-paleoqrafik, filoloji araşdırma, mətnin transfoneliterasiyası və faksimilesi), ön söz, izah və qeydlərin müəllifi Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Əli Məmmədbağıroğludur.

Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatında çox məşhur olan “Əsli və Kərəm” dastanının “Hekayəti-Kərəm” adı ilə əlyazmaya köçürülmüş, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan yeganə nüsxəsilə əlaqəli aparılmış elmi-paleoqrafik, filoloji tədqiqat və əlyazma abidəsinin mətni əski əlifbadan çağdaş Azərbaycan əlifbasına transfoneliterasiya edilməklə ilk dəfə oxuculara təqdim olunur. 1867-ci ildə köçürülmüş dastanın bu yazılı variantı Azərbaycanın görkəmli maarifpərvər ziyalısı Hüseyn Əfəndi Qayıbova məxsus əlyazma məcmuəsində dövrümüzə gəlib çatmışdır. Yazılı dastan abidəsi ilə bağlı təqdim olunan araşdırma və dastanın transfoneliterasiya edilmiş mətni tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, əlyazmanın mətnini tərtib edən mərhum alim, Əməkdar elm xadimi, fil.e.d. Şamil Cəmşidov, rəyçisi fil.e.d., professor Kamil Allahyarov, redaktoru Macarıstanın Peç Universitetinin doktorantı Mahnur Kərimovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: