Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.01.2025 12:10
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda “Riyazi geologiya” mövzusunda kursa start verilib

Geologiya və Geofizika İnstitutunda “Riyazi geologiya” mövzusunda kursa start verilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda “Riyazi geologiya” mövzusunda kursa start verilib.

Əsasən gənc alimlər üçün nəzərdə tutulmuş kursu Neft və Qaz İnstitutunun şöbə müdiri t.e.d.  professor, AMEA-nın müxbir üzvü Qərib Calalov aparır. Tədbirdə məqsəd gənc tədqiqatçı alimlərin  fəaliyyətində riyazi üsulların tətbiqinin təkmilləşdirməkdir.

İlk mühazirədə diqqətə çatdırılıb ki, hazırda geologiya elminin inkişafını riyazi geoloji üsullarsız təsəvvür etmək mümkün deyil. Geoloji tədqiqatlarda riyazi üsulların tətbiqi nəinki neft-qaz yataqlarının kəşfiyyatında və işlənməsində, həmçinin geologiyanın digər sahələrində də istifadə edilən geoloji üsulların təkmilləşməsinə xidmət edir. Bu baxımdən riyazi geologiyaya müraciət edilməsi gənc tədqiqatçı-alimlərin gələcək tədqiqatlarında fayda verəcək.

Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunda həftənin hər bazar ertəsi günü keçirilməsi nəzədə tutulan kurs 4 ay davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: