Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Kimyaçı alimin beynəlxalq rəyçi fəaliyyəti sertifikata layiq görülüb
22.01.2025 09:52
  • A-
  • A
  • A+

Kimyaçı alimin beynəlxalq rəyçi fəaliyyəti sertifikata layiq görülüb

Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru kimya elmləri doktoru, professor Əfsun Sucayev dünyaca məşhur “Elsevier” nəşriyyatının “Food Bioscience” jurnalının redaksiya heyəti tərəfindən beynəlxalq rəyçi sertifikatına layiq görülüb.

Alim 2024-cü ildə təqdim olunan hər bir əlyazmanı dəqiq və dürüst araşdıraraq, onun dərc olunması üçün uyğunluğu barədə obyektiv rəy verməklə sözügedən jurnalın nüfuzlu beynəlxalq bazalarda mövqeyinin möhkəmlənməsi, nüfuzunun artırılması və elmmetrik göstəricilərinin yüksəldilməsinə verdiyi töhfələrə görə sertifikatla təltif olunub.

“Food Bioscience” multidissiplinar fənlərlə əlaqəli qida tədqiqatları sahəsində son inkişaflar üçün bir forum təmin etmək məqsədi daşıyan jurnaldır. Jurnal qida biotədqiqatının etnik və mədəni aspektlərinə xüsusi diqqət yetirməklə bütün dünyada fundamental və tətbiqi tədqiqatların mühüm nəticələrini yayımlayır.

Journal Citation Reports-a əsasən, Q1 kateqoriyalı sözügedən jurnalın impakt faktoru 4.8-ə bərabərdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: