Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevlə Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Müzəffər Şəkər arasında görüş keçirilib.
Görüşdə Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin (TDUBAB) Prezidentlər Şurasının əvvəlki iclasında qəbul edilmiş qərarların icra vəziyyəti müzakirə olunub. TDUBAB-ın 7-ci iclasında imzalanmış Protokolda yer alan “Əməkdaşlıq Təklifləri” və “Türkdilli Dövlətlər arasında Elmi Tədqiqatlar üzrə Əməkdaşlıq Strategiya Proqramı”na xüsusi diqqət yetirilib.
Bundan əlavə, Beynəlxalq Türk Akademiyası və TÜBA-nın birgə səyləri ilə ənənə halını alan Yay Məktəbləri də gündəmdə olub.
Görüşün sonunda iki Akademiya arasında davamlı səmərəli əməkdaşlığın və qarşılıqlı bilik mübadiləsinin rəmzi olaraq kitab mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.