AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Davosda: Strateji tərəfdaşlıq və yeni əməkdaşlıq perspektivləri” başlıqlı icmal yer alıb.
Bugünkü sayda, ilk səhifələrdə 20 yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbirlərlə bağlı xəbərlər, AMEA-nın Kimya Elmləri Bölməsi, Biologiya və Tibb Elmləri Bölməsi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Humanitar Elmlər Bölməsi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Lənkəran Regional Elmi Mərkəzi, Naxçıvan Bölməsi, Mərkəzi Elmi Kitabxana və “Elm” nəşriyyatının 2024-cü il üçün hesabat iclaslarına dair yazılar təqdim edilib.
Bundan başqa, qəzetin bugünkü buraxılışında AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayevin “Müasirliyin çağırışları və ictimai-humanitar elmlərin əsas inkişaf tendensiyaları” başlıqlı məqalə, həmçinin Əlyazmalar İnstitutunun Elmi şurasının iclası, “Vikipediya”nın dərinlik göstəricisi və kimyaçı alimin uğuru ilə bağlı informasiyalar verilib.
Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə keçirilən tədbirlərlə bağlı icmal, Biologiya və Tibb Elmləri Bölməsi, eləcə də Lənkəran Regional Elmi Mərkəzinin hesabat iclasları ilə bağlı icmallar, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Çinin Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Leinin AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə başsağlığı məktubu və digər xəbərlər yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.