Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 9-cu sessiyasına (COP29) həsr olunmuş “Coğrafiyanin müasir problemləri: elm və təhsilin inteqrasiyasi” adlı III beynəlxalq elmi-praktiki konfransın materialları 2 cilddə nəşr olunub.
Toplunun baş redaktoru Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov, redaktoru İnstitutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmranidir.
Kitabda iqlim və su ehtiyatları, torpaqlardan səmərəli istifadə Azərbaycanın davamlı inkişafının ekocoğrafi əsasları, torpaq-bitki örtüyünün mühafizəsi, regionların sosial-iqtisadi inkişafı, yaşıl enerji potensialı, demoqrafik inkişafın regional xüsusiyyətləri, davamlı inkişafın təmin olunmasında turizm və rekreasiya potensialının qiymətləndirilməsi, regionların təbii ehtiyat potensialından istifadə problemləri və onların həlli yolları, regionların inkişafının ali və orta məktəblərdə tədrisinin müasir problemləri və s. mövzularda məqalələr toplanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.