Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müasir Azərbaycan dili” kitabının III cildi işıq üzü görüb
27.01.2025 16:05
  • A-
  • A
  • A+

“Müasir Azərbaycan dili” kitabının III cildi işıq üzü görüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi şurasının qərarına əsasən “Müasir Azərbaycan dili” kitabının III cildi (Morfologiya) çap olunub.

Kollektiv əməyin məhsulu olan bu dəyəli nəşr Müasir Azərbaycan dili şöbəsində çapa hazırlanıb.

Kitabda müasir Azərbaycan dilinin akademik morfologiyası işıqlandırılmış, ayrı-ayrı nitq hissələrinin morfoloji quruluşu təsvir olunur, qrammatik kateqoriyaların ən ümdə xarakterik xüsusiyyətləri ümumiləşdirilmişdir.

Akademik nəşrdə ənənəvi, normativ morfologiya ilə yanaşı, bu sahənin yeni aspekt və istiqamətlərini əhatə edən kommunikativ morfologiya, koqnitiv morfologiya, funksional morfologiya kimi yeni məsələlərə yer verilib.

Kitabın baş redaktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli; elmi redaktorlar filologiya elmləri doktoru, professor İsmayıl Kazımov, filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva; rəyçilər filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru, professor  Sayalı Sadıqovadır.

Kitabda çap olunan hissələrin müəllifləri filologiya elmləri doktoru, professorlar: Nadir Məmmədli, Qəzənfər Kazımov, Musa Adilov, İsmayıl Kazımov, Zemfira Şahbazova, Sənubər Abdullayeva; filologiya elmləri doktoru, dosent Nərgiz Hacıyeva; filologiya üzrə fəlsəfə doktoru, dosentlər: İntizar Salehova, Aytəkin Ələkbərova, Aytən Bəylərova, Təhminə İsmayılova, Elçin İsmayılov, Şəkər Orucova, Qüdsiyyə Qəmbərova, Sevinc Məmmədovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: