Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Gəncədən başlayan dövlətçilik səlnaməsi” mövzusunda respublika elmi konfransı keçiriləсək
31.01.2025 12:15
  • A-
  • A
  • A+

“Gəncədən başlayan dövlətçilik səlnaməsi” mövzusunda respublika elmi konfransı keçiriləсək

27 may 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Gəncədən başlayan dövlətçilik səlnaməsi” mövzusunda respublika elmi konfransı keçiriləсək.

Konfransın istiqamətləri:

• Gəncə - Azərbaycan milli-azadlıq hərəkatının mərkəzi və Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı;

• Azərbaycan Xalq Cümhuriyyəti tədqiqatçıları;

 Azərbaycan dövlətçilik mədəniyyətinin formalaşması;

• Azərbaycanda maarifçilik hərəkatı;

• Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə tarixi baxış;

• Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsi: Qaraqoyunlu, Agqoyunlu və Səfəvi dövlətləri;

• Nadir şah Əfşar: tarixşünaslıqda yeri və türk dövlətçiliyindəki rolu.

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilər.

Tədbirin materialları jurnal formasında AMEA Gəncə Bölməsinin rəsmi saytında yerləşdiriləcək, eləcə də çap formatında nəşr olunacaq

Təqdim olunan məqalələrin tərtibinə dair tələblər:

-   Azərbaycan, türk və rus dillərindən birində yazılmalı;

Material elektron formada, plagiat hesabatı ilə birlikdə təqdim edilməli;

- Mövzu konfransın istiqamətlərindən birinə uyğun olmalı;

Elmi üslubda müvafiq dilin qrammatikasına uyğun yazılmalı;

- Mətn minimum 3 səhifə, maksimum 9 səhifədən ibarət olmalı;

- Xülasə (Azərbaycan, rus və ingilis dillərində) 150 sözdən çox olmamalı;

Açar sözü (Azərbaycan, rus və ingilis dillərində) minimum 3, maksimum 5 sözdən ibarət olmalı (açar sözlər xülasələrin sonunda göstərilməli);

- Vərəqin baş tərəfində solda məqalənin mətninə uyğun UOT nömrəsi, əvvəlində mövzunun adı (vərəqin mərkəzində), onun altında sağda isə müəllif(lər)in soyadı, adı, iş yeri, elmi dərəcəsi, elmi adı, tutduğu vəzifə, müəllif(lər)in elektron poçt ünvanı (e-mail) və əlaqə nömrəsi yazılmalı;

Microsoft Word fayl formatında hazırlanmalı, səhifə ölçüləri sol kənarının – 2.5 sm, sağ kənarı 1.5 sm, yuxarı və aşağıdan – 2.0 sm ölçüdə olmalı;

- Əsas mətn hissəsi Times New Roman, 12 şrift, sətirlərarası məsafənin – 1.15 olmalı;

Əsas başlıqlar Times New Roman, 14 şriftilə böyük, qalın, alt başlıqları isə Times New Roman, 12 şrifti ilə başlığın ilk hərfinin böyük, qalın yazılmalı;

- Məqaləyə əlavə kimi verilən cədvəl və şəkillər cədvəl 1, cədvəl 2; şəkil 1, şəkil 2 kimi ardıcıllıqla sıralanmalı və ad verilməli;

- Mətndə istinad edilən müəllifin ifadəsinin sonunda kvadrat mötərizədə müəllif(lərin)in soyadı, mənbənin nəşr tarixi Məmmədov, 2007, s.18 göstərilməli;

- İstifadə edilmiş ədəbiyyat siyahısı əlifba sırası ilə göstərilməli;

- İstifadə edilən ədəbiyyatların müəllifi, adı, nəşr ili və yeri, ümumi səhifəsi dəqiq göstərilməli;

- İnternet resursları göstərilərkən, əvvəlcə istinad olunan əsərin və ya məlumatın müəllifinin, məqalənin ya məlumatın başlığının, hiperiqtibas və istinad tarixi yazılmalı;

- Məqalədə cədvəl və sitatlar ümumi həcminin yalnız 25%-ni əhatə edə bilər. Yerdə qalan hissə yeni fikir və araşdırma olmalıdır.

Konfransda əyani olaraq məruzə ilə çıxış edən şəxslərə sertifikat təqdim ediləcəkdir.

Materialın göndərilməsi üçün elektron ünvan: gbdiyarsunasliq@gmail.com

Konfransın işçi dili: Azərbaycan dili

Məqalənin son göndərilmə tarixi: 15.04.2025-ci il

Konfrans proqramının elan olunması: 20.05.2025-ci il

Əlaqə nömrəsi: (+994 55) 696 09 45

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: