AR ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının (Rayyət İsmayılov, Səbinə İsmayılova, Dilqəm Tağıyev, Əjdər Məcidov, Yasin Cəfərov, Wen-Zhen Wang, Chen-Yu Yeh, Su-Ying Chien, Gene-Hsiang Lee, Shie-Ming Peng) “Pirazin modullaşdırılmış pentapiridiltetraamin liqandı ilə xətti doqquznüvəli xrom(II) kompleksi: Sintezi, quruluşu və xassələri” (Linear nonanuclear chromium(II) complex with pyrazine-modulated pentapyridyltetraamine ligand: Synthesis, structure and properties) adlı məqaləsi Scopus və Web of Science bazasında indeksləşən “Journal of Molecular Structure” da nəşr olunub.
Məqalədə göstərilir ki, yeni iki pirazin modullaşdırılmış oliqo- α-piridilamin liqandı N2,N2′ - (piridin-2,6-diil)bis(N6-(pirazin-2-il) piridin-2,6-diamin)( H4N9-2pz) (1) ilə xətti nonaxrom(II) metal strinq kompleksi [Cr9(µ9-N9-2pz)4Cl2] (2) sintez edilmiş və quruluşu öyrənilib. Bu kompleksin uzunluğu 2,3 nm olan molekulu dörd dördqat Cr-Cr rabitəsindən və metal zəncirin axırında yerləşən paramaqnit, izolə olunmuş Cr atomundan təşkil olunub. Bu birləşmə nanonaqillər kimi mühüm potensial tətbiq imkanına malikdir. Bu günə qədər kimyada bu tipli ancaq 3 birləşmə mövcuddur və bu yeni sintez olunmuş Cr9-strinqi, 2007-ci ildə sintez olunmuş əvvəlki iki analoqundan daha yüksək stabilliyi ilə fərqlənir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.