Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əli Şövqi Gəncəli. Əsərlər” kitabı işıq üzü görüb
03.02.2025 17:08
  • A-
  • A
  • A+

“Əli Şövqi Gəncəli. Əsərlər” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) transfoneliterasiya edib nəşrə hazırladığı “Əli Şövqi Gəncəli. Əsərlər” kitabı işıq üzü görüb. Kitabda yer alan geniş ön sözün müəllifi də Sona Xəyaldır.

Kitabda XIX-XX əsrlərdə yazıb-yaratmış görkəmli Azərbaycan şairi Əli Şövqi Gəncəlinin müxtəlif janrda və mövzuda yazdığı şeirləri toplanıb. Nəşrə Əlyazmalar İnstitutunda mühafizə olunan əlyazma ilə yanaşı, əlyazmada olmayan, Mirzə Əbdülxalıq Yusifin arxivindən və dövri mətbuatdan 4 şeir əlavə edilib.

Qeyd edək ki, yeni nəşrin redaktoru Hacı Rauf Şeyxzamanlı, rəyçiləri fil.e.d. Xəlil Yusifli, fil.ü.f.d. Nailə Mustafayeva və Qutiyera Cəfərovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: