Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun Polifunksional monomerlər və oliqomerlər laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Çingiz Rəsulov və aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Gülşən Həsənova tərəfindən yazılmış “Funksional əvəzli fenollar: bioloji fəallığı və tətbiq sahələri” adlı monoqrafiya işıq üzü görüb.
Monoqrafiyada fenol birləşmələrinin, xüsusilə fenolların, onların alkilləşdirilmiş əvəzedicilərinin, həmçinin çoxsaylı fenol birləşmələrinin, məsələn, fenol turşularının, polifenolların, flavonoidlərin və s.-nin bioloji fəallığının öyrənilməsi sahəsində aparılmış elmi tədqiqatların nəticələri əks olunub.
Kitab neft-kimya sintezi sahəsində çalışan geniş spektrli elmi tədqiqatlara malik mütəxəssislər, o cümlədən doktorantlar, dissertantlar və magistrantlar üçün nəzərdə tutulmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.