Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin birgə məqaləsi Scopus bazasında indeksləşən jurnalda dərc olunub
04.02.2025 12:14
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin birgə məqaləsi Scopus bazasında indeksləşən jurnalda dərc olunub

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının (Qəhrəmanova Şahnaz İsmayıl,Tağıyev Dilqəm Bəbir, Munşiyeva Mina Kərim, Əsgərova Təranə Yaşar,  Şərifova Səidə Kamil, Abdullayeva Fəridə Əli, İmanova Nailə Əşrəf, Cəlaləddinov Fidail Fətullah, Əzizov İbrahim Vahab, Qəhrəmanov Taleh Orduxan) “Biogen metal duzlarının (MnCl2, ZnSO4) amin turşular ilə komplekslərinin antifungal aktivliyi” (Antıfungal actıvıty of bıogenıc metal salt complexes (MnCL2, ZnSO4) wıth amıno acıds) adlı məqaləsi Scopus bazasına daxil olan “South eastern european journal of public health” də nəşr olunub.

Məqalədə biogen metal duzlarının (MnCl₂ və ZnSO₄) amin turşular (L-triptofan) ilə əmələ gətirdiyi komplekslər göbələk əleyhinə aktivlik göstərərək, göbələyin böyüməsinə maneə törətməklə, sabitliyinə və bioaktivliyinə təsir göstərə bilir. Metal kompleksləri digər antifungal agentlərlə sinergik təsir göstərərək onların effektivliyini artırır. Bu bir-birini tamamlayan təsir mexanizmlərindən yarana bilir, məsələn, göbələk hüceyrələrinin bütövlüyünü pozaraq eyni zamanda əsas enzimatik funksiyaları inhibə edir. Nəticələr göstərir ki, sink və manqan kompleksləri sınaqdan keçirilmiş standartla müqayisədə yüksək antibakterial fəaliyyət nümayiş etdirir, triptofan (Trp) ilə kompleks isə daha qaneedici antifungal xüsusiyyətlər nümayiş etdirmişdir. Bu, komplekslərin perspektivli  antibakterial  təsirlərinə görə dermatoloji məhsullarda potensial olaraq yeni aktiv maddələr kimi xidmət edə biləcəyini göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: