AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) “AMC 8 (The American Mathematics Competitions) müsabiqəsinin sualları. 2000-2020” adlı dərs vəsaiti daxil olub.
Amerika Riyaziyyat Müsabiqələri (The American Mathematics Competitions-AMC) orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş olimpiadadır.
AMC 8 orta məktəbin VI-VIII sinif şagirdlərini əhatə edir. Təqdim edilən kitabda AMC 8 səviyyəsində test şəklində hazırlanmış və 2000-2020 illərdə təklif edilmiş 525 məsələni mətni və onların doğru cavabları verilmişdir. Bu məsələlər hər birində 25 məsələ olmaqla 21 variantda cəmlənmişdir.
Amerika Birləşmiş Ştatlarında bu müsabiqələrin nəticələrinə böyük önəm verilir və bu nəticələr hətta Massaçusets Texnologiya İnstitutu kimi bir sıra məşhur tədris müəssisələrində tələbə seçimində nəzərə alınır.
Kitab riyaziyyatla maraqlanan və məsələ həll etməyi sevən orta məktəb şagirdləri üçün nəzərdə tutulmuşdur.
Bu toplu riyazi dərnəklərə rəhbərlik edən, riyaziyyatdan olimpiadalar və başqa tipli yarışlar keçirən müəllimlər üçün də dəyərli vəsait ola bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.