Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik İsa Həbibbəyli MEK-dəki kolleksiyasına dəyərli nəşrlər hədiyyə edib
05.02.2025 16:38
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli MEK-dəki kolleksiyasına dəyərli nəşrlər hədiyyə edib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı (MEK) şəxsi kolleksiyasına 101 sayda ədəbiyyat hədiyyə edib.

Təqdim olunan ədəbiyyat toplusuna Azərbaycan, türk, özbək, qırğız, serb, rus, ingilis, italyan dillərində 93 kitab və 8 jurnal daxildir. Burada akademikin özünün müəllifi olduğu “Fərqli baxış” şeirlər toplusu, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Yusif Seyidovun keçdiyi şərəfli ömür yolundan, peşəkar ədəbiyyatşünas, ustad və müəllim kimi fəaliyyətindən bəhs edən “Görkəmli dilçi alim, peşəkar ədəbiyyatşünas və ustad müəllim” albom-monoqrafiyası, “Kitabi-Dədə Qorqud” monoqrafiyası, Naxçıvan diyarındakı qədim duz mədənlərinə aid məqalə və şeirlər toplusu “Duzdağ mozaikası”, “Turanın incisi-Azərbaycan” (“Азербайджан-жемчужина Турана”) monoqrafiya-antologiyası, eləcə də türk dilinə tərcümə olunmuş “Nizami Gəncəvi Azərbaycandan dünyaya” kitabları yer alıb.

Ədəbiyyat sırasında akademikin çoxcəhətli elmi-təşkilati fəaliyyətini, həyat və yaradıcılığını əks etdirən materiallardan ibarət nəşrlər də mövcuddur.

Qeyd edək ki, MEK-in “Akademiklər kitabxanası”nda toplanan 50-ə yaxın alimin kolleksiyasındakı nəşrlərin hər biri tədqiqatçılar üçün dəyərli elmi mənbələrdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: