Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxananın direktoru ATV kanalına müsahibə verib
06.02.2025 11:40
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın direktoru ATV kanalına müsahibə verib

Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovun Azad Azərbaycan Televiziyasının əsas xəbər buraxılışında “100 yaşlı kitabxana” haqqında müsahibəsi yayımlanıb.

Qeyd edək ki, bu il ölkənin əsas kitabxanaları sırasında yer alan Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) yaranmasından 100 il ötür.

Yarandığı gündən etibarən, dövrün tələblərinə uyğun inkişaf edərək elmin və mədəniyyətin mərkəzi kimi fəaliyyət göstərir. 

ATV kanalında yayımlanan süjetdə MEK-in direktoru tərəfindən kitabxananın qısa tarixinə nəzər salınıb, zəngin fondları, kitabxananın rəqəmsal infrastrukturu, fəaliyyəti haqqında məlumat verilib.

Müsahibəni buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: