Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İlham Əliyev: yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi” adlı kitab çap olunub
06.02.2025 16:02
  • A-
  • A
  • A+

“İlham Əliyev: yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi” adlı kitab çap olunub

“İlham Əliyev: yeni dövrdə milli ideyanın konseptual cəhətləri və fəlsəfəsi” adlı kitab nəşr edilib.

Prezident cənab İlham Əliyevin post müharibə dövrünün reallıqlarına dair etdiyi tövsiyə və qarşıya qoyduğu istiqamətlərin araşdırılmasını əks etdirən kitab həmmüəlliflər - İlham Məmmədzadə, Eynulla Mədətli, Füzuli Qurbanov, Sənan Həsənov, Hüseyn Hüseynov və Vüsal Zülfüqarov tərəfindən ərsəyə gətirilmşdir.

Kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı və siyasi lider kimi fəaliyyəti, onun idarəetmə fəlsəfəsi, yeni dövrün çağırışları və milli ideya haqqında fikirləri, qarşıya qoyduğu vəzifələr müxtəlif fəlsəfi və politoloji aspektlərdə tədqiq edilir. Milli ideya yeniləşmə proseslərinin stimulverici və motivəedici foktoru kimi fəlsəfi baxımdan araşdırılır, tarixi yaddaş ilə bağlılıqda müstəqil dövlət quruculuğu gedişində təhlil edilir, onun milli şüur və milli özünüdərk prosesi ilə üzvi bağlılığı açılır, elmi-fəlsəfi nəticələr çıxarılır.

Prezident İlham Əliyevin yeni milli ideya ilə əlaqədar  fikirləri, irəli  sürdüyü ümumi müddəalar və tövsiyələr post müharibə dövrünün reallıqları və çağırışları işığında fəlsəfi təhlilə cəlb edilir, milli ideya ilə Vətən müharibəsinin, milli təhlükəsizliyin qarşılıqlı əlaqəsinə fəlsəfi-politoloji və tarixi nəzər salınır, milli ideya qələbənin əsas təminedici və stimulverici faktorlarından biri kimi təqdim edilir, onun məzmununda Türk Dövlətləri Təşkilatı faktorunun ciddi surətdə nəzərə alınmasının əhəmiyyəti vurğulanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: