AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin fevral ayında ilk sayı çapdan çıxıb.
Qəzetin ön səhifəsində “2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” yer alıb.
Bugünkü sayın ilk səhifələrində AMEA-nın Rəyasət Heyətində 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirə dair geniş məqalə, AMEA-da elektron xidmətlərin inkişafına həsr edilmiş müşavirənin yekunları, eləcə də müxtəlif elmi və ictimai tədbirlər barədə ətraflı xəbərlər təqdim edilib.
Bundan əlavə, qəzetin bugünkü buraxılışında “Akademik Cəlal Əliyevin xatirəsi anılıb” sərlövhəli məqalə, “Konstitusiya və Suverenlik İli”nin Mərkəzi Elmi Kitabxananın qarşısında müəyyən etdiyi vacib vəzifələrə həsr olunan yazı, eləcə də “Azərbaycanda sosial və humanitar elmlərin perspektivləri” mövzusunda analitik məqalə verilib.
“Elm” qəzetinin 7 fevral sayında Vyetnamın xəbər portalında AMEA haqqında yayımlanan məqalə, Gənclər üçün Prezident Mükafatçısı, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi Mircavid Ağalarovla “Gənc tədqiqatçı ilə Azərbaycan arxeologiyasının izində” mövzusunda geniş müsahibə, eləcə də “Yeni elmi nəşrlər” rubrikasında elmi tədqiqat əsərləri və elmi yeniliklər barədə ətraflı informasiyalar dərc edilib.
Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə keçirilən hesabat iclasları ilə bağlı icmallar və digər xəbərlər yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.