AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Elmi əməkdaşlığı genişləndirmək və əlaqələri gücləndirmək məqsədi daşıyan sənəddə birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi kadrların hazırlanması, təcrübə mübadiləsinə dəstək göstərilməsi məsələləri qeyd olunur. Memorandumda müştərək elmi konfransların, simpoziumların, seminarların, elmi toplantıların təşkili, elmi məlumatların, nəşrlərin və elmi əsərlərin mübadiləsi əksini tapır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.