Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Yadigar sözüm qalacaq” kitabı işıq üzü görüb
13.02.2025 12:14
  • A-
  • A
  • A+

“Yadigar sözüm qalacaq” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) ön söz yazaraq nəşrə hazırladığı, Hacı Həsən Qulamovun 90 illik yubileyinə ithaf etdiyi “Yadigar sözüm qalacaq” kitabı işıq üzü görüb.

Kitabda Bakının Maştağa kəndində yaşayıb-yaratmış ziyalılarından biri olan Hacı Həsən Ağaəli oğlu Qulamovun müxtəlif illərdə müxtəlif janrlarda yazdığı şeirləri, şair haqqında yazılmış xatirələr və poetik nümunələr toplanmışdır.

Qeyd edək ki, yeni nəşrin redaktorları fəl.e.d., dosent Zəkiyyə Əbilova və Ruhəngiz Vüsətqızı, rəyçiləri fil.e.d. Nailə Səmədova, fil.ü.f.d. Samirə Əliyeva və Qutiyera Cəfərovadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: