Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb
14.02.2025 15:05
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ön səhifəsində "Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib" başlıqlı icmal yer alıb.

Bugünkü sayın ilk səhifələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin "Azərbaycanın elm məbədi və simaları" adlı məqaləsi dərc edilib.

Bundan əlavə, qəzetdə AMEA Rəyasət Heyətinin iclası, mərhum professor Fərid Ələkbərlinin zəngin elmi irsinə həsr olunmuş sessiya, Akademiyanın 80 illik yubileyinə hazırlıq istiqamətində keçirilən müşavirə və "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası"ndan doğan vəzifələrə həsr olunmuş iclas haqqında geniş məlumatlar təqdim edilib.

Qəzetin bugünkü buraxılışında "AMEA-da Qadınlar və Qızlar Elmdə Beynəlxalq Günü"nə həsr edilən konfrans, "Yeni elmi çağırışlar fonunda Azərbaycan qadın alimləri", "Orta əsr Azərbaycan memarlıq irsinin salnaməsi" başlıqlı maraqlı və məzmunlu məqalələr, habelə "Azərbaycanda sosial və humanitar elmlərin perspektivləri" mövzusunda analitik yazı yer alıb.

"Elm" qəzetinin 14 fevral buraxılışında "AMEA Beynəlxalq Elmi Şuranın Baş Assambleyasının iclasında təmsil olunub", "Arxeologiya və Antropologiya İnstitutunda türkiyəli arxeoloqların seminarı" sərlövhəli məqalələr, "Yeni nəşrlər" rubrikasında fundamental elmi tədqiqat əsərləri və innovativ yeniliklər, "Region" rubrikasında isə Naxçıvan Bölməsi, Lənkəran və Şəki regional elmi mərkəzlərində keçirilmiş tədbirlər barədə ətraflı informasiyalar oxuculara təqdim edilib.

Qəzetin rus və ingilis dili bölmələrində isə AMEA Rəyasət Heyətinin iclasına dair geniş icmal, gənc tədqiqatçı ilə müsahibə, eləcə də digər aktual elmi yeniliklər oxucuların ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: