Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Universitetinin tələbələri Tarix və Etnologiya İnstitutunda təcrübə keçəcəklər
14.02.2025 15:52
  • A-
  • A
  • A+

Azərbaycan Universitetinin tələbələri Tarix və Etnologiya İnstitutunda təcrübə keçəcəklər

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda hər il müxtəlif universitetlərin tələbələri istehsalat təcrübəsi keçirlər.

Bu təcrübə tələbələrin müstəqil və səmərəli əmək fəaliyyətinə, akademik mühitə hazırlanmasına, onların gələcək karyera inkişafına kömək etməkdə mühüm rol oynayır. Hər il olduğu kimi, 2025-ci ildə də Tarix və Etnologiya İnstitutu ilə Azərbaycan Universiteti arasında müqavilə imzalanıb. Tələbələrin istehsalat təcrübəsi ilə bağlı müqavilə elm və təhsilin inteqrasiyasını ehtiva edir, bu sənəd müvafiq qanunvericiliyə, təşkilatların nizamnamələrinə, o cümlədən “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası”na əsaslanır.

Fevral ayından may ayınadək davam edəcək istehsalat təcrübəsinin məqsədi tələbələrin tələbələrin bilik, bacarıq və səriştələrini inkişaf etdirməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: