Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

14.02.2025 16:38
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutu Dendrologiya İnstitutuna kitablar hədiyyə edib

Genetik Ehtiyatlar İnstitutu Dendrologiya İnstitutuna kitablar hədiyyə edib

Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.

2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır.

Son illər ölkəmizdə də bu gün bir sıra tədbirlərlə qeyd edilir.

Milli bitki genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində tanınmış alim və elm təşkilatçısı, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov müəllifi olduğu kitabları AR ETN Dendrologiya İnstitutunun kitab fonduna hədiyyə edib.

İnstitut rəhbərliyi akademik Cəlal Əliyev elmi məktəbinin layiqli davamçılarından olan Azərbaycanda genetik ehtiyatların mühafizəsi, tədqiqi, səmərəli istifadəsi, yeni bitki sortlarının yaradılması, eləcə də kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyalarının və idarəetmə sisteminin elmi əsaslarının işlənib hazırlanması sahələrində bir sıra mühüm elmi və elmi-praktiki nailiyyətlər əldə edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərova dəyərli kitab hədiyyəsinə görə təşəkkür edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: