Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qərbi Kaspi Universitetinin tələbələri Tarix və Etnologiya İnstitutunda təcrübə keçəcəklər
17.02.2025 10:52
  • A-
  • A
  • A+

Qərbi Kaspi Universitetinin tələbələri Tarix və Etnologiya İnstitutunda təcrübə keçəcəklər

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda daim elm və təhsilin inteqrasiyasına mühüm önəm verilir.

Tələbələrin istehsalat təcrübəsinin təşkili bu prinsipin həyata keçirilməsi baxımdan vacib proseslərdən biridir. Ötən il olduğu kimi, 2025-ci ildə də Tarix və Etnologiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə müvafiq qanunvericiliyə, təşkilatların nizamnamələrinə, o cümlədən “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası”na əsaslanır, ixtisas uyğunluğuna görə həyata keçirilir. Fevral ayından iyun ayınadək davam edəcək istehsalat təcrübəsinin əsas məqsədlərindən biri qazanılmış biliklərin təkrarlanması və təkmilləşdirilməsi, habelə onların tətbiq edilməsi üzrə vərdiş və bacarıqlarının yaradılmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: