Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Anar – 85” kitabı işıq üzü görüb
18.02.2025 09:32
  • A-
  • A
  • A+

“Anar – 85” kitabı işıq üzü görüb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) müəllifi olduğu “Anar - 85 (yaradıcılığı əsasında)” kitabı çap olunub.

Kitabda Azərbaycanın mədəniyyət xadimi, dünyanın bir çox ölkələrində tanınan, əsərləri bir çox xalqların dilinə tərcümə olunan dəyərli yazıçımız, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın həyat və yaradıcılığından bəhs edilib, müasirlərinin onun haqqında qələmə aldıqları kitab və məqalələrdən dəyərli fikirlər diqqətə çatdırılıb.

Qeyd edək ki, yeni nəşrin redaktoru və ön sözün müəllifi tarix e.d. Tahirə Həsənzadə, rəyçiləri fil.e.d. Nailə Səmədova, fil.ü.f.d., dosent Lamiyə Süleymanova və fil.ü.f.d. Aytən Quliyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: