Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağın turizm-rekreasiya potensialı” kitabı nəşr edilib
18.02.2025 14:05
  • A-
  • A
  • A+

“Qarabağın turizm-rekreasiya potensialı” kitabı nəşr edilib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun “Qarabağın turizm-rekreasiya potensialı” adlı yeni nəşri Azərbaycan və ingilis dilində dərc edilib.

Monoqrafiyanın müəllifləri institutun icraçı direktoru dosent Zaur İmrani və aparıcı elmi işçisi, c.ü.f.d. Kəmalə Zeynalovadır.

Monoqrafiya Qarabağın turizm-rekreasiya potensialının (təbii və tarixi-mədəniyyət abidələri timsalında) öyrənilməsinə, onların ərazi daxilində yayılmasına və istifadə imkanlarının müəyyən olunmasına həsr edilib. Kitabda turizm-rekreasiya ehtiyatlarının istifadəsi zamanı yaranan və yarana bilən problemlər araşdırılıb, onların aradan qaldırılması yolları müəyyən edilib.

Coğrafiyaçılar, iqtisadçilar, turizm sahəsində çalışanlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulan monoqrafiya Qarabağın inkişafında, turistlərin regiona cəlb olunmasında, turizm infrastrukturunun genişləndirilməsində, yerli əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasında və s. istifadə edilə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: