Elm və Təhsil ninüxtəlif mərhələlərdə tədqiqat işləri uğurla aparılmış və bir sıra mühüm elmi nəticələr əldə olunub.
İdarəetmənin nəzəri və tətbiqi problemləri istiqaməti üzrə alınan mühüm elmi nəticələrdən biri də AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə, r.e.d., professor Vaqif Abdullayev, r.e.d. dosent Yeganə Əşrəfova və r.e.d., dosent Anar Rəhimov tərəfindən alınmış lokal və qeyri-lokal sərhəd şərtləri ilə verilmiş diferensial tənliklərlə təsvir olunan dinamik obyektlərə nəzərən parametrik verilmiş bəzi funksiyalar siniflərində tərs və optimal idarəetmə məsələlərinin ədədi həll üsullarına aid elmi nəticələr olmuşdur. Tədqiqat prosesində kompüter proqram təminatı hazırlanmış, çoxsaylı kompüter eksperimentləri aparılmışdır.
Praktikada belə məsələlər mürəkkəb strukturlu boru kəmərləri şəbəkələri ilə karbohidrogen xammalının nəqli proseslərinin idarə edilməsində, karbohidrogen xammalının yeraltı süzülmə prosesləri nəzərə alınmaqla quyular üzrə neftçıxarma rejimlərinin idarə edilməsində, regional ekoloji şəraitin monitorinqi və idarə olunmasında və digər tətbiqi məsələlərdə qarşıya çıxır.
İşin nəticələri Web of Science bazasına daxil olan 6 impakt faktorlu jurnalda və Scopus bazasına daxil olan 2 jurnalda çap olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.