Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda baş direktor akademik Akif Əlizadənin layihə rəhbəri olduğu “Elmin cazibəsi” silsiləsindən 4-cü kitab oxucuların ixtiyarına verilib.
Mətnlərin və orijinal fotoların müəllifi Şirməmməd Nəzərli, rəyçi akademik Əkpər Feyzullayev, redaktor y.e.f.d. Zəki Vəliyevdir.
Elmin populyarlaşdırılması məqsədilə ərsəyə gətirilmiş 235 səhifəlik kitabda institut kollektivinin hərtərəfli elmi fəaliyyəti əks olunub. Nəşrdə təhsil, elmi ekspedisiya, təcrübəartırma tədbirləri, qarşılıqlı elmi tədbirlər, veteran geoloq alimlər haqqında oçerklər, institutdaxili idman, incəsənət, iməciliklər barədə maraqlı materiallar oxuculara sadə dildə, fotoların müşayiətilə təqdim edilir. Həmçinin Elmi şura iclasları, lektoriyalar, elmi müdafiə işləri, yay məktəbi, təhsil sistemi, institutun yeni nəşrləri və s. haqqında məlumatlar əksini tapıb.
Kitab elmi ictimaiyyət, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.