Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Parabolik tip yüklənmiş diferensial tənliklər üçün yüklənmə nöqtələrinin optimal idarəetmə məsələsi tədqiq edilib
19.02.2025 14:47
  • A-
  • A
  • A+

Parabolik tip yüklənmiş diferensial tənliklər üçün yüklənmə nöqtələrinin optimal idarəetmə məsələsi tədqiq edilib

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda (İSİ) İdarəetmənin nəzəri və tətbiqi problemləri istiqaməti üzrə alınan mühüm elmi nəticələrdən biri də r.e.d., professor Vaqif Abdullayev və r.ü.f.d. Vüqar Həşimov tərəfindən “Parabolik tip yüklənmiş diferensial tənliklər üçün yüklənmə nöqtələrinin optimal idarəetmə məsələsinin tədqiqi” mövzusunda alınmış nəticələr olmuşdur.

Tədqiqatın nəticələri isitmə məsələlərində istilik mənbələrinin hərəkətinin əks-əlaqəli optimal idarə edilməsi üçün istifadə edilmişdir. Tədqiqat prosesində alqoritmlər yaradılmış, tədqiq edilmiş məsələlərin ədədi həlli üçün kompüter proqram təminatı işlənib hazırlanmış və kompüter eksperimentləri aparılmışdır.

Belə problemlər, məsələn, kimya və neft-kimya sənayesində reaktorların istilik rejimlərinin idarə edilməsində qarşıya çıxır. İstilik mənbələrinin hərəkətinin idarə edilməsi metallurgiyada müəyyən bir forma və lazımi keyfiyyətdə məmulat əldə etmək və sonrakı emal üçün metalların ilkin termik hazırlanmasında geniş istifadə olunur.

İşin nəticələri Web of Science bazasına daxil olan 4 impakt faktorlu jurnalda və Scopus bazasına daxil olan 5 jurnalda çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: