4-5 iyun 2025-ci il tarixlərində Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun və Hindistan Mikrobioloqlar Cəmiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə biotexnologiya” adlı hibrid formada beynəlxalq konfrans keçiriləcək.
Sözügedən konfrans mikrobioloq alimlər, tədqiqatçılar, sənaye mütəxəssisləri, texnoloqlar, eləcə də mikrobiologiya, farmakologiya və tibb sektoru üzrə nümayəndələrin iştirakı üçün nəzərdə tutulub.
Konfransda aşağıdakı bölmələr nəzərdə tutulub:
- Mikroorqanizmlərin müxtəlifliyi və qarşılıqlı əlaqələri;
- Bioloji aktiv maddələrin sintezində mikroorqanizlərin rolu;
- Kənd təsərrüfatı biotexnologiyası;
- Qida biotexnologiyası;
- Su biotexnologiyası;
- Sənaye mikrobiologiyası;
- Tibbi mikrobiologiya;
- Mikrobioloji fiziologiya;
- Bioenerji və biomühəndislik;
- Farmokogenomika;
- Bitki biotexnologiyası;
- Bitki patologiyası;
- Biomüxtəliflik;
- Mikroorqanizm mənşəli antibiotiklər və onların biotexnologiyada tədbiq perspektivləri.
İştirakçılar öz konfrans materiallarını əhatə edən 200 sözdən ibarət qısa xülasə təqdim etməlidir. Konfransdan sonra konfrans materialının tam mətni üçün lazım olan tələblər göndəriləcəkdir. Konfransda iştirak etmək istəyənlər 10 aprel 2025-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər. Konfransın hər iki günündə poster sessiyası keçiriləcək. Poster təqdim edən müəlliflərdən poster günləri ərzində qarşılıqlı əlaqə üçün hazır olmaları tələb olunur. Poster aydın rəqəm və cədvəllərdən ibarət 5 metr məsafədən oxunaqlı və ölçüsü 1 x 1 metr olmalıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.