AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Biblioqrafiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs komissiyasının sədri Sonaxanım Hadıyevanın (Sona Xəyal) toplayıb transfoneliterasiya edərək nəşrə hazırladığı “Bəhri-təvillər” kitabı çapdan çıxıb.
Kitabda yer alan geniş ön sözün müəllifi də S.Xəyaldır.
Kitaba Əlyazmalar İnstitutunun arxivindən, müxtəlif toplulardan, qəzet və jurnallardan toplanmış bəhri-təvillər daxil edilmişdir. Əsərlər ərəb və kiril əlifbalarından müasir əlifbaya çevrilmişdir.
Qeyd edək ki, yeni nəşrin redaktoru fil.ü.f.d. Samirə Əliyeva, rəyçiləri fil.ü.f.d., dosent Əkrəm Bağırov, fil.ü.f.d., dosent Aybəniz Rəhimova və Qutiyera Cəfərovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.