AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Böyük Qayıdış sürətlə reallaşır” başlıqlı icmal yer alıb.
Bugünkü sayın ilk səhifələrində “Suveren Azərbaycanda Birinci vitse-prezidentlik-konstitusion ilk innovativ-siyasi-mədəni “güc” idarəetmə strategiyasıdır” adlı məqalə və AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Süleyman Dəmirəl Universitetinin rektoru, eləcə də sinqapurlu alimlərlə görüşlərinə dair informasiyalar dərc edilib.
Bundan əlavə, qəzetdə AMEA-nın Ümumi Yığıncağına dair qısa məlumat, akademik Akif Əlizadə ilə “Azərbaycan Milli Elmlər Akademiyası bu gün yeniləşmə və islahatlar dövrünü yaşayır” başlıqlı müsahibə, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın müəllifi olduğu “Ölkəmizdə qadınların elmdə fəal iştirakını təşviq etmək üçün müxtəlif proqramlar həyata keçirilir” adlı məqalə, o cümlədən institularda keçirilən müşavirə və iclaslar haqqında geniş məlumatlar verilib.
Qəzetin bugünkü buraxılışında “Milli kimliyimizin və mədəni irsimizin rəmzi” sərlövhəli məqalə, “Yeni nəşrlər” rubrikasında fundamental elmi tədqiqat əsərləri və innovativ yeniliklər barədə ətraflı informasiyalar oxuculara təqdim edilib.
Qəzetin rus və ingilis dili bölmələrində isə AMEA Rəyasət Heyətində keçirilən görüşlərə dair icmal, eləcə də aktual mövzuda elmi tədbirlərlə bağlı yazılar oxucuların ixtiyarına verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.